ÜMT: Avropa dünyada ən sürətlə istilənən qitədir

A- A A+

Ötən yay Avropada müşahidə dövrü ərzində ən isti yay olub. Temperatur anomaliyaları cari ildə də qeydə alınıb.

NUHÇIXAN “Euronews”a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) “Copernicus” iqlim dəyişmələri üzrə Avropa xidməti ilə birgə dərc etdiyi hesabatda deyilir.

Təşkilatın ekspertləri Avropanı dünyada ən sürətlə istilənən qitə adlandırıblar. Ötən il Avropada havanın orta temperaturu sənayeyəqədərki dövrdə olan göstəricini 2,3 dərəcə Selsi üstələyərək son 30 il ərzindəki orta göstəriciləri geridə qoyub.

Dəniz səthinin temperaturu yeni maksimal həddə çatıb və bu, isti dəniz axınları ilə müşayiət olunub. Buzlaqların əriməsi misli görünməmiş dərəcədə olub.

Hesabatda vurğulanır ki, avropalıların hiss etdikləri rekord səviyyədə istilik stresi hava ilə bağlı ölüm hallarının artmasının əsas səbəblərindən biri olub.

Bununla yanaşı, Avropada qazıntı halında çıxarılan çirkləndirici yanacaq növləri ilə müqayisədə bərpaolunan mənbələrdən ilk dəfə daha çox elektrik enerjisi istehsalına nail olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: