Daşaltıda 1 tondan çox çətənə bitkisi məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan NUHÇIXAN-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Daşaltı kəndi ərazisində yabanı halda bitən, çəkisi 1 ton 300 kiloqram olan 2168 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.