Şəhid leytenant İbrahim Vəlizadənin xatirəsi anılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, şəhid leytenant İbrahim Vəlizadənin əziz xatirəsinə həsr olunan “Mənim atam qəhrəmandır” adlı tədbir keçirilib.

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində keçirilən tədbir başlamazdan öncə Dövlət Himni səsləndirilib. 

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər şəhid İbrahim Vəlizadənin vətənpərvərliyindən və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar. Çıxışlarda vurğulanıb ki, İbrahim Vətən müharibəsində qət etdiyi şərəfli döyüş yolu ilə yaddaşlarda qalıb. Müharibənin ilk günü mübarizəyə qoşulan İbrahimin çətin döyüş vəziyyətində səhhətində ciddi problemlər yaranıb. Murovdağ uğrunda mübarizə aparan və Murovdağa bayraq sancan qəhrəmanlardan olub. 

Vurğulanıb ki, Zəfər sevinci ruhunu oxşayan İbrahim daha sonra Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşanı da düşmənin azğın pəncələrindən azad etdikdən sonra 2020-ci il oktyabrın 6-da şəhadətə ucalıb. Şəhid leytenant İbrahim Vəlizadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. 

Tədbirdə istedadlı uşaqlar vətənpərvərlik ruhunda kompozisiya təqdim ediblər.

Sonda şəhid leytenant İbrahim Vəlizadənin mənalı ömür və şərəfli döyüş yolundan bəhs edən videoçarxa baxış olub.
                                                                             

Oruc Mirzəyev
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: