1200 hektardan artıq sahə əkilib

A- A A+

Şərur rayonun strateji məhsul olan taxıl istehsalının ilbəil artırılmasına ciddi önəm verilir. Başa çatan təsərrüfat ili də bölgənin taxılçıları üçün uğurlu olub. NUHÇIXAN xəbər verir ki, rayonda 2018-ci ilin məhsulu üçün 4 min 348 hektar sahədə taxıl əkilib, zəmilərdən 13 min 861 ton məhsul toplanıb.

Torpaq mülkiyyətçiləri artıq gələn ilin bol məhsulu üçün hazırlıq işləri görür, sahələr şumlanır, səpin keçirilir və suvarılır.

İndiyədək kəndlərdə 2 min 738 hektar sahə şumlanıb, onun 1.200 hektardan artığı əkilib. Səpində əsasən yüksək məhsuldarlığa malik olan «Qiymətli», «Bərəkətli», «Nurlu», «Əzəmətli», «Qılçıqsız» toxum sortlarından istifadə edilir.

 Zəmilərdəki iş ahəngi göstərir ki, rayonda taxıl səpini kampaniyası optimal müddətdə başa çatdırılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: