Anar Eyvazov Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
NUHÇIXAN-ın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Habelə, ona polkovnik rütbəsi verilib.
Məlumatı nazirlikdən NUHÇIXAN-a təsdiqləyiblər.
Qeyd edək ki, o, bundan əvvəl Mətbuat Xidmətinin rəis müavini vəzifəsində işləyirdi.