"Eleqant" Mebel Mağazası 11 ildir ki, əhaliyə xidmət göstərir - VİDEO
Naxçıvan şəhərində, "Əyləncə adası"nda, "Cahan Holdinq"ə məxsus alış-veriş mərkəzində fəaliyyət göstərən mebel mağazası 11 ildir ki, əhaliyə xidmət göstərir. Keçən illər ərzində böyük alıcı auditoriyasının hörmətini və rəğbətini qazanan mebel mağazası digər mebel mağazalarından satışını təşkil etdiyi məhsulların keyfiyyəti ilə fərqlənib. Ərazidəki "Əyləncə Mərkəzi"nin əsas binasında, birinci mərtəbədə faəliyyət göstərən "Eleqant" Mebel Mağazası Türkiyənin mebel sahəsində birincisi olan "İstiqbal"ın Naxçıvanda rəsmi distribütorudur. Xatırladaq ki, mebel mağazası həftənin 7 günü, hər gün səhər saat 09-dan, gecə 24:00-ə qədər xidmət göstərir.
Daha ətraflı süjetdə: