Qurban bayramında “Əshabi-Kəhf” daha çox ziyarət olunur - VİDEO
Müqəddəs günlərdə ən çox ziyarət olunan ziyarətgah isə, təbii ki, "Əshabi-Kəhf"dir. İnsanlar Qurban bayramı günlərində dini-mədəni abidə kompleksinə axın edir, qurbanlar kəsir, ibadət edirlər.
“Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi Qurban bayramında Naxçıvanda ən çox ziyarət olunan yerlərdən biridir. Ziyarətçilər Tanrı dərgahında qurbanlar kəsib, dualar edib, niyyətlərinin qəbul olunmasını diləyiblər.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
Yunis Allahverdiyev