Laçında 842 kq çətənə bitkisi məhv edilib

A- A A+

Laçında 842 kq çətənə bitkisi məhv edilib.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Ərdəşəvi, Vağazin və Piçənis kəndlərinin ərazisində çətənə bitkiləri aşkar olunub.

Yabanı halda bitən, ümumilikdə çəkisi 842 kiloqram olan 2019 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: