Şərurda ulu öndərin abidəsi ziyarət edilib - FOTOLAR
Azərbaycan polisinin yaranmasından 105 il ötür.
NUHÇIXAN xəbər verir ki, Şərurda Azərbaycan polisinin yaranmasının 105-ci və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ulu öndərin rayon mərkəzindəki abidəsi ziyarət edilib.
Rəhbər şəxslər və rayonda fəaliyyət göstərən polis-mühafizə orqanlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.