YAP-ın yaradılmasının 26-cı ildönümü Sədərəkdə qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə rayon mədəniyyət evində tədbir keçirilib.

Keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov YAP-ın yarandığı, təşəkkül tapdığı, inkişaf etdiyi, siyasi qüvvə kimi formalaşdığı, ümumxalq partiyasına çevrildiyi 1992-2003-cü illərin bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.  Təşkilat sədri ulu öndər Heydər Əliyevdən sonra partiyaya rəhbərlik edən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkədə sosial sahədə görülən işlərin miqyasının ildən-ilə genişləndiyini diqqətə çatdırıb.

Tədbirdə YAP Sədərək rayon təşkilatı İdarə Heyətinin üzvü Nəsimi Rzayev, Yeni Azərbaycan Partiyasının üzvü Fatma Abbaszadə və Qaraağac kənd ərazi ilk partiya təşkilatının sədri Ayaz Əliyev  çıxış ediblər.

Daha sonra Yeni Azərbaycan Partiyasına  qəbul olunan 22 nəfər üzvə  partiyanın vəsiqələri təqdim edilib.

Sonda tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyası ilə Sədərək kəndindəki bağa müxtəlif meyvə tingləri əkiblər.

 

                                                           Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: