Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə ehtiyat siyahısının yaradılması məqsədilə dövlət orqanlarında nəqliyyatın və təsərrüfatın idarə edilməsi istiqamətləri, habelə hüquqşünaslıq ixtisası üzrə ali təhsilli, sahə üzrə 10 il, rəhbər vəzifədə 5 ildən artıq iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edir.
Bu barədə NUHÇIXAN-a ANAMA-dan məlumat verilib.
"Maraqlananlar əlaqə telefonunu qeyd etməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.
• şəxsiyyət vəsiqəsinin surəti;
• təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
• əmək kitabçasının surəti (olduğu halda).
Sənəd qəbulu cari ilin 15 iyul tarixinədək həyata keçiriləcək", - məlumatda qeyd edilib.