Naxçıvan Qarnizonunun hərbi hissə və birləşmələrinə  6 ton 400 kq sarımsaq təqdim  edilib 

A- A A+

NUHÇIXAN xəbər verir ki, Noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən hər il olduğu kimi soyuq aylarda şəxsi heyətin infeksion xəstəliklərdən qorunması məqsədi ilə Ali Məclisin adından 6 ton 400 kq  sarımsaq  Naxçıvan Qarnizonunun hərbi hissə və birləşmələrinə  təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, muxtar respublikada ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülüb, ordu, birləşmə və hissələr müasir xidmət şəraiti ilə təmin olunub. Hərbi hissələrdə əsgəri-məişət-yaşayış kompleksləri tikilib, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılıb. Ordu quruculuğu sahəsində görülən tədbirlər içərisində  şəxsi heyətin sağlamlığının qorunması xüsusi yer tutur. Ali Məclis Sədrinin tapşırığına əsasən  soyuq aylarda şəxsi heyətin infeksion xəstəliklərdən qorunması məqsədi ilə 6 ton 400 kq  sarımsağın Naxçıvan Qarnizonunun hərbi hissə və birləşmələrinə  təqdim olunması da bu istiqamətdə görülən işlərin davamıdır. 

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyubov göstərilən qayğıya görə şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədrinə minnətdarlıq edib.  

Sonra gətirilmiş sarımsaq  hərbi hissələrə təhvil verilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: