Təbiəti çirkləndirənləri inzibati cərimələr gözləyir - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda istirahət parklarının, təbiətin tullantılarla çirkləndirilməsi hallarına qarşı ekoloqlar və aid qurumların əməkdaşları nəzarəti gücləndirib.

İlin bütün fəsillərində təbiətdən zövq almaq istəyənlərin üz tutduğu məkanlardan biri Batabat yaylağıdır. Ona görə də bu füsunkar bölgənin mövcud olan turizm potensialı onu həmişə qonaqlı-qaralı edib.

Təəssüflər olsun ki, bu gözəl təbiət abidəsinə laqeyd yanaşan, ətraf əraziləri tullantılarla çirkləndirən “vətəndaşlar” da var. İstirahət üçün buraya üz tutanların ardından qalan mənzərə sadəcə təəssüf hissi doğurur.

Qeyd edək ki, ərazidə yetəri qədər təmizlik qutuları da mövcuddur. Lakin sakinlər bu qutuları nədənsə gözardı edərək təbiətə bu qədər ziyan vurmağı seçirlər.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu cür xoşagəlməz halların qarşısının alınması məqsədilə hərəkətə keçiblər. Ekoloqlar və milli parkın əməkdaşları tərəfindən istirahətə gələnlərlə maarifləndirici söhbətlər aparılır.

Sözügedən qurumların əməkdaşları ərazidə nəzarət həyata keçirirlər. Maarifləndirici tədbirlərə baxmayaraq, eyni hal davam etdiyi halda müvafiq inzibati cərimələr də tətbiq olunacaq.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: