DİN Nazim Bəydəmirlinin saxlanılmasına aydınlıq gətirib

A- A A+

Daxili İşlər Nazirliyi sabiq deputat Nazim Bəydəmirlinin saxlanılmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov NUHÇIXAN-a bildirib ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

“Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”,-deyə bölmə rəisi qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: