Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara hökm oxunub

A- A A+

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər və erməni hərbçilər son söz deyiblər.

Daha sonra məhkəmə hökmü elan edib.

Məhkəmənin hökmü ilə onların biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: