Yerin təkinin qorunması qaydalarının pozulması barədə 30-a yaxın məlumat araşdırılır

A- A A+

Yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulması ilə bağlı Baş Prokurorluq tərəfindən ölkənin müxtəlif bölgələrində araşdırmalar aparılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə mətbuat konfransında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bildirib.

Qeyd olunub ki, Qax, Ağstafa, Şəmkir, Lənkəran, Quba, Tərtər və başqa rayonlarında yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulması barədə 30-a yaxın məlumat araşdırılır.

Əksər hallarda qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitə vurulmuş ziyan tam şəkildə bərpa olunub, bununla yanaşı 3 hal üzrə cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: