Şərur rayon Maxta kəndində biçilmiş taxıl sahəsində yanğın baş verib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Maxta kənd məişət tullantıları poliqonu və ətrafında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: