Culfa rayonunda YAP-ın ildönümü qeyd olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə Culfa rayon Dizə kənd mərkəzində tədbir keçirilib.

Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov bildirib ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı.

Məruzə ətrafında YAP Culfa Rayon Təşkilatının Şura üzvü Fərəc Fərəcov, YAP Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə,  Dizə kənd tam orta məktəbi ərazi ilk təşkilatının sədri Ədalət Əhmədovun çıxışları olub.

Sonra YAP sıralarına yeni daxil olan  üzvlərə partiya vəsiqələri təqdim edilib.

                                                                         Vüsal Muradov    

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: