Türkiyənin Ali Məhkəməsinin sədri və Ali Məhkəmənin Baş prokurorunun Naxçıvana səfəri başa çatıb - FOTOLAR
Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başa çatıb.
Bu barədə NUHÇIXAN-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində qonaqlar Naxçıvanın zəngin tarixi-mədəni abidələri, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və "Elektron Prokurorluq İnformasiya Sistemi", eləcə də muxtar respublikanın Ali Məhkəməsinin fəaliyyəti ilə əyani tanış olublar.
Nümayəndə heyətinin səfəri yekunlaşıb.