İyulun 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib.
Bu barədə Xidmətin mətbuat mərkəzindən NUHÇIXAN-a məlumat verilib.
Faktla bağlı DSX və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.