İmişlidə Araz çayında batan ata və oğulun meyitləri çıxarılıb

A- A A+

İmişlidə Araz çayında batan 2018-ci il təvəllüdlü Rəvan Əliyevin də cəsədi sudan çıxarılıb.

NUHÇIXAN-ın məlumatına görə, 5 yaşlı uşağın cəsədi 1 kilometr aralıda tapılıb.

Qeyd edək ki, hadisə bu gün saat 15 radələrində baş verib. Belə ki, İmişlinin Şahverdili kəndi ərazisindən keçən Araz çayında həmin kəndin sakinləri – Asif Əliyev və onun övladı Rəvan Əliyevin batması barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in dalğıcları cəlb edilib.

Sudan çıxarılan cəsədlər aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: