Naxçıvanda “Dəstək” Fondunun Himayəçilik Şurasının ilk iclası keçirilib - YENİLƏNİB - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və onun müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin ailələrinə, habelə sağlamlığını itirən şəxslərə dəstəyin göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında yaradılan  “Dəstək” fondunun himayəçilik şurasının ilk iclası keçirilib.  

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri  Ceyhun Cəlilov  bildirib ki, iclasın gündəliyində “Dəstək” Fondunun bu günə qədərki fəaliyyətinin müzakirəsi, ilkin olaraq təqdimatı, habelə gələcəkdə nəzərdə tutulacaq işlərin təhlili, dəstək fondunun dayanıqlığının yaradılması istiqamətində  istər ianələrin cəlb olunması, istərsə də fondun vəsaitlərinin istifadə olunması imkanlarının qiymətləndirilməsi nəzərdə tutulub.

İclasda “Dəstək” Fondunun Himayəçilik Şurasının üzvü, Anar İbrahimov, İsmayıl Hacıyev, Asim Əliyev, Qəzənfər Abdullayev, Aidə Cəlilzadə, Sahil Tahirli çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

İclasda şəffaflığın təmin olunması üçün əhalinin həssas qrupuna fond tərəfindən göstərilən dəstəyin mediada geniş işıqlandırılması, fondun fəaliyyəti barədə videoçarxların, media materiallarının hazırlanması təklif edilib. Həmçinin fondun maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə ünvanlı müraciət formasından istifadə etmək barədə də fikir mübadiləsi aparılıb.

İclasda həmçinin Fondun ümumi fəaliyyəti  ilə bağlı slaytlar vasitəsilə hesabat təqdimatı olub. Himayəçilik şurasının digər üzvlərinin təklifləri dinlənilib, birgə müzakirə və fikir mübadiləsi aparılıb, verilən təkliflər əsasında tədbirlər planıının hazırlanması qərarlaşdırılıb.                                               

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: