Şagirdlər “Dahi şəxsiyyət” filminə baxıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 12 №-li tam orta məktəbdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr edilən “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş olunub. Filmdə ümummilli liderin rəhbərlik etdiyi illər ərzində apardığı ardıcıl və məqsədyönlü siyasəti, mədəniyyətimizin inkişafı, yüksəlməsi istiqamətində misilsiz xidmətlərindən, əvəzsiz rolundan bəhs edilir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən film nümayişində 30-a yaxın şagird iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: