Şəhərin "pərdəarxası" - VİDEO
Naxçıvan şəhər sakinlərindən televiziyamıza şikayət daxil olub. Onlar hər gün istifadə etdikləri yolun və səkilərin bərbad və ot-ələfdən keçilməz olduğunu bildirirlər. Yaşıllıqlar da susuzluqdan quruyub gedir. Sözügedən yolda hətta xəsarət alanlar da olub. Naxçıvan televiziyasının əməkdaşları Əcəmi seyrəngahında olub, mövcud vəziyyətlə maraqlanıblar.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
Xanım Rüstəmzadə