Şəhid, baş leytenant Toğrul Məmmədovun xatirəsi anılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhid, baş leytenant Toğrul Məmmədovun şəhadətə qovuşmasından 7 il ötür. Qəhrəman şəhidimizin xatirəsi doğulduğu Babək rayonunun Şıxmahmud kəndində anılıb.

Şəhid baş leytenant Toğrul Məmmədovun məzarı ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Əlahiddə Ümumqoşun Ordunun zabitləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi və Şanlı Ordumuzun qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbədən fəxarətlə bəhs edib, şəhidin rəşadətindən söz açıblar.   

Qeyd olunub ki, 26 iyul 1988-ci ildə Babək rayonunun Şıxmahmud kəndində dünyaya göz açan Toğrul Məmmədov 2009-cu ildə Ağdam rayonunda xidmətə başlayıb. 2014-cü ildə avqust döyüşlərində, 2016-cı ildə aprel döyüşlərində iştirak edib. 14 iyul 2016-cı ildə Ağdam rayonunda düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid Toğrul Məmmədov şəhadətindən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Sonra şəhidin ruhuna dualar oxunub.

Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Hacı Hacıyev, Ali Məclisin deputatı Aidə Cəlilzadə,  Babək Rayon Dini İcmasının sədri Qasım Qasımov, şəhidin kursant yoldaşı Kamil Quliyev, qazi Ceyhun Bayramov və  digər çıxış edənlər Vətən müharibəsində qazandığımız tarixi Qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaətindən söz açıblar.

Şıxmahmud kənd tam orta məktəbinin şagirdləri Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda şəhidin xatirəsinə ehsan süfrəsi açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: