Naxçıvanda profilaktik dezinfeksiya işləri aparılır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatığı ilə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Naxçıvan şəhərindəki tullantı qutuları və onların ətrafı dezinfeksiya olunub, ərazilər sanitariya qaydalarına uyğun olaraq təmizlənib.

Muxtar respublikada epidemioloji sabitliyin qorunub saxlanılması məqsədi ilə həyata keçirilən tədbir muxtar respublikanın rayonlarında da həyata keçirilib, küçə və məhəllələrdə məişət tullantıları atılan qutular, onların yerləşdiyi ərazilər  dərmanlanaraq dezinfeksiya olunub.

Sanitar-profilaktik və dezinfeksiya işləri bundan sonrada davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: