Avtomobili dəmiryol keçidlərindən kənar yerlərdən keçirən sürücülər cərimələnəcək.
NUHÇIXAN-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib.
Dəyişikliklə nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçilməsinə görə 100 manat cərimə nəzərdə tutulur.