Cəhri qəsəbəsində yenidənqurma işləri görülür - VİDEO
Babək rayonunun Cəhri qəsəbəsində avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurulur.
Hazırda qəsəbədən keçən və bir neçə kəndi özündə birləşdirən əsas yolda müvafiq mühəndis-texniki, hamarlama və bərkitmə işləri aparılır və yeni asfalt örtüyü verilir.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
Mahmud Hüseynov