Naxçıvan şəhərində təmizlik və abadlığa diqqət artırılır - VİDEO
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə görülən işlər son günlər daha da sürətləndirilib. Xüsusilə, isti yay günlərində yaşıllıqlara qulluq vacib amil kimi diqqətdə saxlanılır. Naxçıvan Yaşıllaşdırma Xidmətinin kollektivi tərəfindən şəhərin küçə və prospektlərində, yol kənarlarında, parklarda salınan ağaclar, dekorativ kollar və gülkarlıq suvarılır, becərmə tədbirləri görülür, ərazilərdə səliqə-sahman yaradılır. Səkilərin kənarlarında salınmış ağaclarda quru budama işləri görülür.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: