AHİK-in İcraiyyə Komitəsinin iclasında bir sıra məsələlərə baxılıb - FOTOLAR

A- A A+

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, iclası giriş sözü ilə açan AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəliyə AHİK-in İcraiyyə Komitəsinin və Aparatının 2023-cü ilin II yarımilliyi üçün iş planı, 2024-cü ildə üzv təşkilatlarda hesabat-seçki kampaniyasının hazırlanması və keçirilməsi, AHİK-in Məclisinin tərkibində dəyişiklik edilməsi, Gənclər Şurasının yeni tərkibinin və sədrinin təsdiq edilməsi, həmçinin digər cari və təşkilati məsələlərin daxil edildiyini deyib.

Sonra gündəliyə çıxarılan məsələlər ətrafında çıxışlar olub, rəy və təkliflər səslənib, müzakirələr aparılıb. İcraiyyə Komitəsinin qərarı ilə Gənclər Şurasının yeni tərkibi təsdiq edilib və Qara Ağayev Şuranın sədri seçilib.

Səttar Möhbalıyev əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib.

Konfederasiya sədri həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılmalı, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq vaxtında həll edilməli, vətəndaş məmnunluğu tam təmin olunmalıdır.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran S.Möhbalıyev bunun hamının müqəddəs borcu olduğunu vurğulayıb.

İclasda eyni zamanda işçilərin istirahəti, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə istirahətin daha səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması ilə bağlı bir sıra tapşırıqlar verilib.

Qeyd edək ki, AHİK-in İcraiyyə Komitəsinin iclasında Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev də iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: