Şəhid Vəli Quliyevin doğum günündə xatirəsi anılıb - VİDEO

A- A A+

44 günlük Vətən müharibəsində qəhrəmanlığı, hünəri ilə dastan yazan “Naxçıvan canavarı” ləqəbli şəhid leytenant Vəli Quliyevin bu gün Naxçıvan şəhər qəbiristanlığında doğum günü keçirilib.

Tədbirdə şəhidlərin ailələri, qazilər, şəhidin döyüş yoldaşları, əsgərləri, deputatlar, ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhid leytenant Vəli Quliyevin məzarı ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, Vəli Quliyev 1997-ci il iyulun 20-də Culfa rayonunun Qazançı kəndində doğulub. 2009-cu ildən təhsilini Naxçıvan şəhər 17 saylı tam orta məktəbdə davam etdirib. 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2014-2018-ci illərdə isə Azərbaycan Ali Hərbi Akademiyasında təhsil alıb. 2018-ci ildə Ağcabədi rayonundakı N saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsində Füzuli, Suqovuşan, Hadrut, Zəngilan, Xocavənd, Qubadlı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib, “Azərbaycan bayrağı” ordeninə layiq görülüb.

Tədbirdə Vəli Quliyevin simasında şanlı Ordumuzun sıralarında qəhrəman övladlarımızın Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, ehsan süfrəsi açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: