NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirliyi Naxçıvanda bu ilin 6 ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına “Dəstək” Fondundan maddi yardım alan şəxslərin statistikasını təqdim edib. Statistikaya əsasən bu ilin 6 ayında 91 şəhid ailəsi, 43 müharibə əlilinə ümumilikdə 34 1550 manat maddi yardım verilib.