Culfa rayon məktəbliləri arasında ekstremal yarış keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Culfa şəhər Bayraq meydanından Gülüstan türbəsinə eksterimal yürüş təşkil olunub. Yarış rayon ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında keçirilib.

Yürüşdə 70-ə yaxın idmançı iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yürüşdə Abbas Məmədov  I,  Seymur İbrahimzadə II,  Elmar Tağıyev III yeri tutub. Sonda qaliblərə təşkilatçılar tərəfindən hədiyyə və diplomlar təqdim edilib.

Qeyd edək ki, tədbir Culfa Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin, Culfa Rayon Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Hava və Eksterimal İdman Oyunları Federasiyasının Culfa Rayon Bölməsinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: