Yararsız layihələndirmə səbəbindən Hacıvar kənd tam orta məktəbinin binası sökülüb - VİDEO
Son illər muxtar respublikada genişmiqyaslı quruculuq işləri görülüb. Ancaq kəmiyyət nə qədər yüksək olsa da, keyfiyyət barədə bunu demək mümkün deyil. Babək rayonunun Hacıvar kənd tam orta məktəbi yeni inşa olunmasına baxmayaraq, layihəsinin yararsız olması və inşaat işlərinin düzgün aparılmaması səbəbindən sökülüb. Kənddə müasir üslubda yeni tədris binası tikiləcək.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: