Alimlərin fikrincə, tənhalıq istənilən yaşda insan beyninin neyrokimyəvi quruluşunu dəyişərək dopamin səviyyəsini aşağı salmaq, depressiya və nevroz xəstəsi olmaq riski yaradır.
NUHÇIXAN xəbər verir ki, Dyuk Universitetindən olan tədqiqatçılar tənha həyat tərzi sürən bir qrup gənc üzərində araşdırma aparıblar. Məlum olub ki, bu insanların beyin hüceyrələri digərləri ilə müqayisədə xəbərdaredici siqnallara daha yavaş reaksiya verir.
ABŞ-ın Texas Tibb Universitetinin professoru Luis Kluh isə müəyyən edib ki, tənha insanlarda ani ölüm riski sosial cəhətdən aktiv insanlarla müqayisədə 30 faiz çoxdur.