Yeni araşdırmalar nəticəsində müəyyən olunub ki, idman edən insanlar passiv həyat tərzi yaşayanlara nisbətən daha xoşbəxtdir.
NUHÇIXAN xəbər verir, ABŞ alimlərinin yeni tədqiqatı idman edən insanların təkcə sağlam deyil, həm də daha xoşbəxt olduğunu sübut edir. Cənubi Florida Universitetinin bir qrup tədqiqatçısının əldə etdiyi nəticəyə görə, idman etmək insan beynində xoşbəxtlik hormonunu artırır, beyində yeni aktiv hüceyrələr yaradır. Alimlər idmanla məşğul olmaqla yanaşı idman azarkeşlərinin də beynində eyni müsbət dəyişiklikləri müşahidə ediblər.