Uzunoba gölündə iki nəfər boğulub.
NUHÇIXAN xəbər verir ki, batan şəxslər 1984-cü il təvəllüdlü Aslanlı Səadət Salman qızı, 1982-ci il təvəllüdlü Quliyev Vüsal Əbülfəz oğludur.
Onların meyiti FHN xilasediciləri tərəfindən çıxarılıb. 2010-cu il təvəllüdlü Mehdiyev Murad Mahir oğlu xilas olunaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Quliyev Vüsal Əbülfəz oğlu Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin polis əməkdaşıdır. Mehdiyev Murad Mahir oğlunu və Aslanlı Səadət Salman qızını xilas edərkən özü boğulub.