Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis boğularaq həyatını itirib

A- A A+

Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.

Qeyd edək ki, Quliyev Vüsal Əbülfəz oğlu Babək rayonu, Cəhri qəsəbəsində anadan olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: