Əcnəbi tələbələrlə maarifləndirici tədbir keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin   Beynəlxalq münasibətlər fakültəsində əcnəbi tələbələrin  iştirakı ilə keçirilən maarifləndirici tədbirdə əcnəbi tələbələrə göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, Naxçıvanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrədilməsi məsələsi Dövlət Miqrasiya Xidmətinin diqqət mərkəzində saxlanılır və bu istiqamətdə həyata keçirilən tədbirlər olduqca əhəmiyyətlidir. Hazırda Naxçıvan Dövlət Univerisitetində  təhsil alan 400-ə yaxın tələbə müvəqqəti yaşama üçün icazə vərəqələri ilə təmin olunub.

Tədbirdə əcnəbi tələbələrin müvəqqəti olma və yaşama prosedurları, onların qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələri haqqında ətraflı məlumat verilib. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı slaydlar vasitəsi ilə izahlar verilib. Əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri və bukletlər paylanılıb, müvafiq müraciətlər qəbul edilib.

Sonra əcnəbi tələbələrin Qarabağlar Türbə Kompleksinə gəzintisi təşkil edilib.

                                             Vüsal Muradov   

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: