NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov Yüksəliş müsabiqəsinin qalibi olub.
O, həmçinin, “sosial məsuliyyət” kompetensiyası üzrə ən yüksək göstəriciyə malik iştirakçı seçilib.
13 474 namizədin qatıldığı bu müsabiqə 5 müxtəlif mərhələdən ibarətdir və bu mərhələlərin hər birini uğurla keçən 22 nəfər qalib ola bilib.
Qeyd edək ki, Bayram Orucov Naxçıvan şəhərində anadan olub və orta təhsilini burada alıb.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunan Yüksəliş müsabiqəsinin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdən ibarətdir.