Ordubadda qar örtüyünün hündürlüyü 17 santimetrə çatıb

A- A A+

Ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, düşən yağıntının miqdarı Naxçıvan MR-də 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi Aran rayonlarında 1-6, Lənkəran-Astara bölgəsində 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 millimetr təşkil edib.

Qar örtüyünün hündürlüyü Ordubad rayonunun Ağdərə qəsəbəsində 17 santimetrə çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: