Şəhərimizin abadlığı və yaşıllığı xüsusi diqqətdə saxlanılır - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində  təmizlik və abadlıq işləri davam etdirilir.                                  

Naxçıvan şəhərində  bu istiqamətdə görülən işlər diqqətdə saxlanılır. Xüsusilə isti yay günlərində yaşıllıqlara qulluq işi işləri intensiv xarakter alıb.

Naxçıvan Şəhər Yaşıllaşdırma Xidmətinin kollektivi tərəfindən şəhərin küçə və prospektlərində, yol kənarlarında, parklarda salınan ağaclar, dekorativ kollar və güllər suvarılır, lazımi becərmə tədbirləri görülür, ərazilərdə səliqə-sahman yaradılır.

Şəhərin abadlığı da diqqətdə saxlanılır, köhnəlmiş və yararsız hala düşmüş təmizlik qutuları yeniləri ilə əvəz olunur.

                                   

Məmməd Qurbanlı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: