Teyvaz kəndinin su problemi nədən qaynaqlanır? - VİDEO

A- A A+

Artıq 2 ildir ki, Culfa rayonunun Teyvaz kəndində ciddi içməli su problemi yaranıb. Sakinlər deyir ki, kənddə aparılan kompleks quruculuq işləri zamanı bu mühüm məsələ diqqətdən kənarda qalıb. Onlar həyətlərinə  gələn az miqdarda su ilə yetinirdilər.  Amma artıq elə evlər var ki, bir damcı da olsun su yoxdur.  Kəndin kənarında yerləşən artezian quyusu isə yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, burada monitorinqlər aparılıb və artezianın yenilənməsinin mümkün olmadığı bildirilib.

NUHÇIXAN xəbər verir ki, sakinlərin müraciətinə cavab olaraq, artıq bu problem həllini tapmaqdadır. Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sakinlərlə görüşüb, onların təklif və problemlərini dinləyib, su probleminin aradan qaldırılması istiqamətində tapşırıqlar verib və artıq bu tapşırıqların icrasına başlanılıb.

Culfa Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi “Cahan” Şirkətlər Qrupunun mütəxəssisləri ilə birgə kənd ərazisində su mənbələrinin qiymətləndirilməsini aparır. Monitorinq qrupunun əməkdaşları su mənbələrinə baxdıqdan sonra sakinlərlə görüş keçirib, ətraflı məlumat veriblər.

Qeyd edək ki, kəndə 10 km-ə yaxın məsafədə su xəttinin çəkilməsi üçün borular alınaraq gətirilib. Dəyərləndirilmələr aparıldıqdan sonra yaxın vaxtda alternativ su xəttinin çəkilişinə başlanılacaq.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: