Naxçıvan Dövlət Texniki Kollecin tələbələri ilə görüş olub

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Texniki Kollecinin  II kurs “Mühasibat uçotu” ixtisası tələbələri ilə görüş keçirilib.

Tələbələrlə görüş “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda təşkil olunub.

Tədbirdə qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları mütəmadi olaraq Naxçıvan Dövlət Texniki Kollecində tədbir keçirirlər. Bu isə tələbələrin bu istiqamətdə biliklərini dərinləşdirir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə  Nəzarəti İdarəsinin Büdcə idarə və təşkilatlarının təftişi sektorunun müdiri Xaqani Vəliyev “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda çıxış edib. Yerli büdcə, yerli büdcənin gəlirləri, xərcləri, auditin məqsədi, növləri, auditor rəyi barədə ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: