NUHÇIXAN xəbər verir ki, bu il də Aşura günü qanvermə aksiyaları təşkil olunacaq. Qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində keçiriləcək.
Qeyd edək ki, bu il iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.