Aşura günü Naxçıvan şəhərində, rayon, qəsəbə və kəndlərdə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb.
NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə istinadən qanvermə aksiyalarının keçiriləcəyi yerlərin siyahısını təqdim edir:
Naxçıvan şəhəri üzrə qanvermə aksiyalarını Naxçıvan Muxtar Respublika Xəstəxanası Heydər Məscidində, Naxçıvan Diaqnostika Müalicə Mərkəzi Xanım Fatimeyi Zəhra məscidində, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi Cami məscidində keçirəcək.
Babək rayonu üzrə qavermə aksiyaları Cəhri, Nehrəm, Zeynəddin, Qahab kənd xəstəxanaları və həkim ambulatoriyalarında, Şərur rayonu üzrə isə Püsyan kənd məscidi və Xanlıqlar kənd İmamzadəsində keçiriləcək.
Həmçinin Ordubad rayonu üzrə Ordubad Rayon Mərkəzi Xəstəxanasında, Culfa Rayon Mərkəzi Xəstəxanası Bənəniyar kənd həkim ambulatoriyasında, Şahbuz rayonu üzrə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyaları keçiriləcək.
O cümlədən, Kəngərli Rayonu üzrə Qarabağlar və Xok kənd həkim ambulatoriyasında, Sədərək rayonu üzrə isə Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən həyata keçiriləcək.