Müdafiə naziri “Efes-2018” təlimlərində uğur qazanmış Azərbaycan hərbçilərini mükafatlandırıb - FOTOLAR - FOTOLAR

A- A A+

İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 9-da təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, təlimlərdə uğur qazanmış heyəti təbrik edən Müdafiə naziri hərbçilərimizin beynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” təlimlərində Azərbaycan Ordusu 100 nəfərdən artıq şəxsi heyətlə təmsil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: