Məktəblilər arasında intellektual oyun keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Məmmədtağı Sidqi adına 4№-li tam orta məktəbdə Naxçıvan şəhər tam orta məktəblərin komandaları arasında “Nə? Harada? Nə Zaman?” İntellektual Oyunu keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən oyunda 14 komanda mübarizə aparıb. İntellektual Oyunun yekununa əsasən 6№-li tam orta məktəbin “Qaraxan” komandası I , 2№-li tam orta məktəbin “Qafqaz” komandası II , 8№-li tam orta məktəbin “Sirlər Xəzinəsi” komandası isə III yerin qalibi olublar. Sonda qalib komanda və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim olunub.