Minalı sahənin təmizlənməsi ərazinin mina ilə çirklənməsindən, relyefindən və müəyyən qədər də hava şəraitindən asılıdır.
NUHÇIXAN Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) saytına istinadla xəbər verir ki, minanı aşkar etmək üçün mina detektorundan istifadə olunur. Həmin detektorlar basdırılmış minanın metal hissəsindən qayıdan elektromaqnit siqnalı tutaraq yerini aşkar edir. Mina axtarışı işində xüsusi təlim keçmiş itlərin iyduyma qabiliyyətindən də istifadə olunur.
Tədqiqat və minatəmizləmə əməliyyatlarına məsafədən idarə olunan xüsusi təyinatlı mexaniki vasitələr də cəlb edilir. Lakin bu cür maşınlar minalanmış sahəni təmizləyəndən sonra həmin ərazi yenidən mütəxəssislər tərəfindən yoxlanmalıdır.