Naxçıvanda üzümçülük sahələri genişləndirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Duzdağ hoteli yaxınlığındakı 1.5 hektarlıq sahədə 3 mindən artıq üzüm tənəyi əkilib. Əkin zamanı Naxçıvanın yerli üzüm sortlarından olan ağ tayfı, ağ aldərə, hənəqırna, qırmızı kişmişi növlərindən istifadə olunub.
Yeni üzüm bağlarının salınması istehsalın həcminin artmasına, daxili bazarda bu məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsinə şərait yaradacaq. Bu addım eyni zamanda qədim diyarda üzümçülüyün əvvəlki şöhrətinin özünə qaytarılmasına da xidmət edir.
Qeyd edək ki, bütün bu işlər qəbul edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilir.
Sadiq Məmmədov